XV əsrdə Şərqi Anadoluda Azərbaycan Türk amilinin güclənməsi (Şərəf xan Bidlisinin “Şərəfnamə” Əsəri Əsasında)
Tarih
Yazarlar
Dergi Başlığı
Dergi ISSN
Cilt Başlığı
Yayıncı
Erişim Hakkı
Özet
XV əsr Şərqi Anadolunun və Azərbaycanın etnik-siyasi tarixində önəmli yer tutur. Bu dövr, bir tərəfdən, adı çəkilən bölgələrdə türk etnik amilinin güclənməsi, digər tərəfdən, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranıb yüksəlməsi ilə xarakterizə olunur. Bu dövlətlər Azərbaycanın, eləcə də Şərqi Anadolunun etnik tarixində aparıcı rol oynamış, Türk-İslam dünyasının siyasi və mədəni intibahını şərtləndirmişdir.Məqalədə XVI əsrin məşhur tarixçisi Şərəf xan Bidlisinin “Şərəfnamə” əsərindəki məlumatlar əsasında bəhs olunan dövrdə Şərqi Anadoluda Azərbaycan türk amilinin güclənməsini şərtləndirən amillər və başlıca hərbi-siyasi proseslər izlənilir. Belə bir nəticəyə gəlinir ki, Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri bölgənin digər siyasi gücləri ilə müqayisədə türk etnik amilinin güclənməsində daha intensiv rol oynamışlar. Digər tərəfdən, sonrakı mərhələdə Səfəvi dövlətinin ortaya çıxması ilə Azərbaycan türk etnik amili daha da güclənmiş, Azərbaycan bölgədə daha ehtişamlı siyasi güc qazanmışdır.










